Saat:20:03
Haqqımızda

Putinin bu fərmanı “dönüş nöqtəsi” oldu

2024-04-30 11:16:57

Putinin bu fərmanı “dönüş nöqtəsi” oldu

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi dəyərlərin siyasi müdafiəsi haqqında fərmanı Rusiya siyasətində dönüş nöqtəsidir.

Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, bunu məşhur rusiyalı filosof Aleksandr Dugin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin hakimiyyətə gələrək “Rusiyanı qlobal təsirdən çıxarmağa” və “qlobal mütərəqqi gündəmə zidd” olmağa başladı. Söhbətin səsyazısı jurnalistin saytında yerləşdirilib.

O, Rusiya dövlət başçısını ənənəvi dəyərləri, dövlət suverenliyini, xristianlığı və ənənəvi ailəni uğurla bərpa edən şəxs kimi xarakterizə edib.

Aleksandr Duginlə müsahibənin dəqiq nə vaxt aparıldığı açıqlanmır. Müsahibənin təsvirində Dugin “Rusiyanın ən məşhur siyasi filosofu” adlandırılır. Bildirilir ki, onun ideyaları “o qədər təhlükəlidir” ki, qızı Daria Dugina öldürülüb və onun kitablarının Amazonda satışı qadağan edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.222187