Saat:09:01
Haqqımızda

Putinin andiçmə mərasimi başlandı

2024-05-07 13:16:47

Putinin andiçmə mərasimi başlandı

Hurriyyet.az xəbər verir ki, Kremldə Vladimir Putinin beşinci prezidentlik dövrünün başlanması mərasimi keçirilir. 
Kremlin Avdeyevski zalına Rusiya bayrağı, konstitusiyası və prezident nişanı gətirilib. Putin and içəndən sonra Rusiya vətəndaşlarına müraciət edəcək. Bundan sonra onun altı illik - 2030-cu ilə qədər hakimiyyət dövrü başlanacaq. 
Putin yenidən vəzifəyə başladıqdan sonra hökuməti buraxmalı və Nazirlər Kabinetini yenidən qurmalıdır.
"Röyter" informasiya agentliyinin məlumatına görə, Avropanın 20 ölkəsi andiçmə mərasimini boykot edib. Digər Aİ ölkələri isə öz təmsilçilərini göndəriblər - Fransa, Macarıstan, Slovakiya, Yunanıstan, Malta və Cənubi Kipr səfirləri mərasimdə iştirak edəcəklər. Xarici ölkələrin Moskvadakı bütün diplomatik nümayəndəliklərinə müvafiq dəvətnamələr göndərilib. 
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.263867