Saat:05:31
Haqqımızda

Putinin 22 illik həbs kəsdiyi məşhur Ukrayna pilotu İstanbulda hicab geyindi...-FOTOLAR

2021-09-24 10:15:00

Putinin 22 illik həbs kəsdiyi məşhur Ukrayna pilotu İstanbulda hicab geyindi...-FOTOLAR

Məşhur Ukrayna qadın pilotu,  Ukrayna Qəhrəmanı, Ukrayna Ali Radasının keçmiş deputatı Nadejda Savçenko “Facebook” səhifəsində bu yaxınlarda Türkiyə paytaxtı İstanbula etdiyi səfər təəssüratlarını bölüşüb. 

Hurriyyet.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.

Savçenko həm fərdlərin, həm də bütövlükdə cəmiyyətlərin həyatında dinin rolu ilə bağlı düşüncələrini açıqladığı yazıya əlavə olaraq məsciddə olarkən ənənəvi müsəlman hicabını geydiyi bir sıra fotoşəkilləri də paylaşıb. Onların arasında  Ukrayna dilində Quran və Türkiyə Prezidenti Tayyib Ərdoğanın kitabı olan bir fotoşəkil də yer alıb.

Keçmiş deputatın sosial şəbəkədəki səhifəsində yayımladığı mətn onun dinin vacib mövzuları haqda düşündüyünü və aktiv mənəvi axtarışlarda olduğunu göstərir. 

 

“Müasir dünyada İslam bəzən insanlara, xüsusən də qadınlara zülm və insan hüquqlarının pozulması dini olaraq qəbul edilir. Ancaq İslamın qəlb, ruh və Allaha inam üçün bir məkan və azadlıq dini olduğunu az adam görür"-deyə Savçenko yazır. 

Bu gün Nadejda Savçenko siyasətdə fəal iştirak edir. Çünki siyasətin ölkəsində xoş olmayan şeylərə qarşı mübarizə vasitəsi olduğuna əmindir.

Xatırladaq ki, Mİ-24 vertolyotunun şturman-operatoru olmuş N. Savçenko Donbasda

guya  bir qrup rusiyalı jurnalistin qətlində əli olduğunu görə 17 iyun 2014-ci ildə Rusiyada 22 il azadlıqdan məhrum edilib. Lakin Ukrayna dövləti, xalqı və beynəlxalq ictimaiyyətin təzyiqi ilə 2016-cı ildə Rusiya prezidenti V.Putin tərəfindən barəsində əfv fərmanı imzalanıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR