Putini özündən çıxaracaq daha bir AÇIQLAMA: "Qan iyi verən Rusiya qazına..."

2022-05-02 12:25:00

Putini özündən çıxaracaq daha bir AÇIQLAMA:

Rusiya təbii qaz axınını kəsdikdən sonra Polşa, Litva-Polşa təbii qaz boru kəmərinə (GIPL) üz tutub.

Hurriyyet.az bildirir ki, GIPL ilə Polşa, Litvanın Klaypeda şəhərindəki terminalına və Finlandiya tərəfindən bu terminala çatdırılan mayeləşdirilmiş təbii qaza çıxış əldə edib. İstifadəyə verilən GİPL-də oktyabrda tam gücün əldə olunacağı, bu tarixədək kəmərin ötürücülüyünün 2 milyard kubmetr olacağı bildirilib. Oktyabr ayından sonra Polşadan Litvaya təbii qaz axınının 2,5 milyard kubmetrə, Litvadan Polşaya təbii qaz axını tutumunun isə 2 milyard kubmetrə çatacağı əlavə olunub. Həmçinin qeyd edilib ki, bu xəttin istifadəyə verilməsi qaz təchizatı baxımından çevikliyi artıracaq.

Digər tərəfdən, Litva prezidenti Gitanas Nauseda Rusiyanın enerji şantajına daha böyük birlik və əməkdaşlıqla cavab verilməli olduğunu bəyan edərək, mümkün qədər tez tam enerji müstəqilliyinə nail olmaq istədiklərini söyləyib. O vurğulayıb ki, Avropa İttifaqında (Aİ) Rusiya qazı və qan qoxuyan neftə yer yoxdur.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, aprelin 27-də Rusiya qazının milli valyuta rublla satılması qərarına qarşı çıxan Polşa və Bolqarıstana "Qazprom” tərəfindən verilən qaz axını kəsilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya