Putinə qəsd edilib? Ukrayna kəşfiyyatından şok açıqlama
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukraynaya qarşı müharibə başlanandan sonra Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd olduğunu iddia edib. Budanov bu açıqlamanı “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində verib. Budanov deyib: “Putinə qarşı sui-qəsdlər olub... Bu yaxınlarda necə deyərlər, Qafqazın nümayəndələri tərəfindən qəsd olub. Bu informasiya ictimaiyyətə açıqlanmır. Tamamilə uğursuz cəhd olub, lakin real olaraq, sui-qəsd cəhdi olub... Hadisə təqribən 2 ay bundan əvvəl baş verib. Bir daha təkrar edirəm: uğursuz olub. Heç bir yerdə bu barədə danışılmasa da, bu, olub”.
Budanov Rusiya prezidentinin çıxılmaz vəziyyətə düşdüyünü deyib: “Vladimir Putin Ukraynaya qarşı müharibəni nə dayandıra, nə də ki uda bilir”.
Hürr Tərcüman