Putinə qarşı XÜSUSİ ƏMƏLİYYAT HƏYATA KEÇİRİLİR

2022-06-23 12:04:00

Putinə qarşı XÜSUSİ ƏMƏLİYYAT HƏYATA KEÇİRİLİR

Xaqani Cəfərli: "Əgər onun əsəbləri dözməyib Litvaya hücuma qərar versə, bu, Rusiya üçün fəlakət olacaq və NATO dərhal kollektiv cavab verəcək"

"Vaşinqton Rusiya diplomatlarını və onların ailə üzvlərini evlərinə aparmalı olan Rusiya dövlət aviasiyasının ABŞ-a xüsusi reysinə icazə verməyib. Böyük Britaniya Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT) nümayəndə heyətinin üzvlərinə viza verməkdən imtina etdiyi üçün onlar Assambleyanın iclasında iştirak edə bilməyəcəklər. Litva Rusiyadan Kalinqrada və əks istiqamətdə daşınan yüklərin təxminən, 50 faiznə qadağa qoyub. ABŞ Dövlət Departamenti Ukraynada müharibə başa çatana qədər Rusiyaya qarşı təzyiqləri davam etdirəcəyini bəyan edib. Rusiyanın Litvanı təhdid etməsinə cavab olaraq ABŞ Dövlət Departamenti dərhal NATO-nun 5-ci maddəsini xatırladıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur. 

Politoloq bildirib ki, Rusiyaya ilə bağlı bir neçə hadisə və bəyanatı ard-arda düzərək bir yerdə oxuduqda vahid bir siyasət həyata keçirildiyini aydın görmək olur: "Qənaətimcə, Rusiya diktatoru Putinə qarşı xüsusi əməliyyat həyata keçirilir. Əgər Putinin əsəbləri dözməyib faciəvi səhvə, Litvaya hücuma qərar versə, bu Rusiya üçün fəlakət olacaq. Rusiyanın Litvaya hücum edəcəyi tərzdə halda NATO dərhal kollektiv cavab verəcək. Ukrayana qarşı müharibədə ciddi üstünlük qazana bilməyən və böyük itgilər verən Rusiya ordusunun NATO-ya qarşı heç bir şansının olmadığı isə artıq hər kəsə aydındır".

Xaqani Cəfərli hesab edir ki, Litvaya hücum etməsə və Kalininqradın blokadasını aradan qaldıra bilməsə, Rusiya rəsmilərinin və təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakını təmin etməsə, bürokratiya və xalqın gözündə Putin qüdrətli lider obrazını itirəcək: "Bu proses ona qarşı etimadsızlığı gücləndirəcək. Məmurların və xalq kütləsinin Putinə qarşı çıxması üçün onun lider obrazı dağılmalıdır. Göründüyü kimi, Putin ona qarşı həyata keçirilən xüsusi əməliyyata cavab versə də, verməsə də uduzacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya