Putinə nə olub? - Video

2022-09-07 10:07:00

Putinə nə olub? - Video

Bu gün Rusiyada keçirilən “Vostok” döyüş oyunlarını izləməyə gələn Rusiya Prezidenti Vladimir Putin yeriməkdə çətinlik çəkib.

Hurriyyet.az-ın məlumatına görə, Britaniyanın “Daily Mail” nəşri yazır ki, 69 yaşlı Putinin Rusiyanın Uzaq Şərqindəki “Sergeyevski” poliqonunun komanda məntəqəsində axsayaraq hərəkət etməsi kameraların diqqətindən yayınmayıb. 

Paylaşılan görüntülərdə Putinin ağır addımlarla və çətinliklə stula doğru irəlilədiyi əks olunub.

Qəzet yazır ki, uzun müddətdir beynəlxalq KİV-lərdə Putinin səhhəti ilə bağlı şaiyələr dolaşır, bəziləri onun “xərçəng” və ya Parkinson xəstəsi olduğunu iddia edir.

Qeyd olunur ki, Putinin axsaq addımlarla hərəkət etməsi Parkinson xəstəliyinin əsas əlamətlərindən biridir.

 


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068530