Putindən qəribə qərar - Yaxınındakı isimlərə bu icazəni verdi
.jpg)
Rusiyada bəzi şəxslər Prezident Vladimir Putini və hakimiyyətin ən yüksək eşelonlarını tənqid edə biləcəklər.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklərə görə, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və digərləri Müdafiə Nazirliyi, Kreml və prezidenti tənqiddə getdikcə daha cəsarətli olmağa başlayıblar.
Priqojin birbaşa Putinin administrasiyasına hücum edib və eyham vurub ki, orada çalışan bəzi şəxslər Rusiyanın Ukraynadakı müharibədə uduzmasını istəyən xainlərdir. Bu, Priqojinin indiyədək Kremlə qarşı etdiyi ən cəsarətli tənqidlərdən biridir.
Analitiklərin fikrincə, Putin bu şəxslərin tənqidi fikirlərinə uzun müddət senzura qoymamaq qərarına gəlib.
Rusiya prezidentinə yaxınlığı ilə tanınan Priqojin ictimai-siyasi çevrələrdə “Putinin aşpazı” adlandırılır.
Teleqraf.com
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya