Putindən Mariupul açıqlaması: “Əsgərlər təslim olarsa...”

2022-05-06 17:38:00

Putindən Mariupul açıqlaması: “Əsgərlər təslim olarsa...”

Zelenskinin baş məsləhətçilərindən biri olan Andriy Yermak ötən gün "çətin əməliyyat” həyata keçirdiklərini açıqlayıb.

Hurriyyet.az bildirir ki, o, ölkənin bütün mülki vətəndaşları və əsgərlərini xilas etmək üçün lazım olan hər şeyi etməyə davam edəcəyini söyləyib və "Telegram” vasitəsilə bu təxliyədə kömək etdiyi üçün BMT-yə təşəkkür edib. Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk isə bildirib ki, bugünkü əməliyyat "Azovstal” Dəmir-Polad Zavodunun içərisində sıxışıb qalanlara yönələcək. Vereşçuk, həmçinin evakuasiyanın Mariupoldan Zaporojyaya doğru aparılacağını əlavə edib.

Rusiya prezidenti Vladimir Putin isə Rusiya qüvvələrinin bütün mülki şəxslər üçün təhlükəsiz təxliyyə dəhlizi yaratmağa hazır olduğunu, lakin əsgərlərin təslim olmalı olduğunu bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya