Putindən Avropaya mesaj: Türkiyədə müəyyənləşdiriləcək

2022-12-16 12:24:00

Putindən Avropaya mesaj: Türkiyədə müəyyənləşdiriləcək

Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qurmağa hazırlaşdıqları qaz mərkəzi ilə bağlı dövlət televiziyasına açıqlamalar verib. 

Hurriyyet.az xəbər verir ki, Türkiyə üzərindən Avropaya qaz nəql etməyi planlaşdıran Putin qazın qiyməti ilə bağlı diqqətçəkən mesaj verib:

“Türkiyənin təbii qaz infrastrukturu əhəmiyyətli potensiala malikdir. Yaxın aylarda yaradılacaq təbii qaz qovşağında ticarət üçün elektron platforma yaradıla bilər. Avropalı istehlakçılar üçün təbii qazın qiyməti əsasən Türkiyədəki mərkəzdə müəyyən ediləcək. Avropanın öz mərkəzlərində baş verənlər dəlilikdir”,-deyə o söyləyib.

Qeyd edək ki, Putin daha əvvəl Avropadakı təbii qaz böhranına toxunmuş və həll yolu üçün Türkiyəyə işarə etmişdi. O, “Şimal axını” qazını Qara dənizə yönəldə biləcəklərini demişdi. 

olke.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178714