Saat:18:53
Haqqımızda

PUTİN YENİ VƏ QORXULU REALLIQLA ÜZ-ÜZƏ – Qərb bu dəfə də Moskvanı xilas edəcəkmi?

2025-09-02 12:44:57

PUTİN YENİ VƏ QORXULU REALLIQLA ÜZ-ÜZƏ – Qərb bu dəfə də Moskvanı xilas edəcəkmi?

Rusiya Prezidenti Vladmir Putin Kiyevi raket atəşinə tutmaqla ABŞ və Avropaya öz şərtlərindən geri çəkilməyəcəyini göstərir. ABŞ rəhbərliyi isə Putini sülhə məcbur etməyin yolunu hələ də bilmir...

Əslində, bu yol Rusiyanın bir dövlət kimi iqtisadi və hərbi cəhətdən kollapsa uğradılmasından keçir. Hadisələrin inkişaf dinamikası məhz bu ssenarinin gerçəkləşməsinə doğru gedir. Putinin Ukraynanı döyüş meydanında taqətdən salmaq taktikası özünü doğrultmur. Rusiya öz tarixi boyu girdiyi bütün müharibələrdə insan resursundan “top yemi” kimi istifadə edib. Kreml rəhbəri bu taktikanın yenidən işə yarayacağına əmindir və ona görə də müharibənin naməlum vaxta kimi uzanmasında maraqlı görünür.

Putin tam arxayındır ki, nə qədər əsgər qırılmasına baxmayaraq, Rusiya əhalisi etiraz səsini qaldırmayacaq. Həqiqətən də Rusiya cəmiyyəti elə kökdədir ki, indiki itkilərdən dəfələrlə çox itki verilsə də səssizlik hökm sürəcək. Əvvəla, Rusiya cəmiyyəti bir məvhum kimi yoxdur, sadəcə amorf və hər şeyə uyğunlaşan itaətkar kütlə var. Onun nisbətən fəal kəsiminin müqavimətini təşkil edəcək və öz arxasınca apara biləcək Boris Nemtsov və Aleksey Navalnı kimi liderlər fiziki cəhətdən məhv ediliblər.