Saat:17:38
Haqqımızda

Putin yeni ilə qədər Ukraynaya hücum edə bilər-Bu proqnoz özünü doğruldacaqmı?

2021-12-07 10:49:00

Putin yeni ilə qədər Ukraynaya hücum edə bilər-Bu proqnoz özünü doğruldacaqmı?

ABŞ prezidenti Bayden və onun rusiyalı həmkarı Putinin növbəti görüşündə Rusiyanın 2022-ci ilin əvvəlində Ukrayna ilə sərhəddə 175 minə qədər hərbçi yerləşdirmək planının tətiklədiyi böhran haqda müzakirələr gözlənilir. Uzun müddətdir ki, ABŞ media resursları Moskvanın Ukraynaya hücum planları ilə yanaşı fərqli cəbhələrdə hücum planları hazırlayıb qoşunlarını, artilleriyasını və zirehli texnikasını Şərqi Avropa sərhədlərinə yeritməsinə dair xəbərləri tirajlayır.

Və hücum ehtimalının ik mərhələdə Ukraynaya ediləcəyi güman edilir, ardınca isə hərbi aqressiyanın Avropa torpaqlarına işğal və müharibə formasında keçəcəyi ilə bağlı həyəcan siqnalı verilir. Baş verənlər fonunda NATO Moskvanı Ukrayna sərhədlərinə ordu yığmaqda suçlayır, Moskva isə NATO-nu öz sərhədləri yaxınlığında hərbi yerləşdirmə aparmaqda günahlandırır. Vaşinqton Rusiyanı sərt sanksiyalarla hədələyir. Ağ Ev Ukrayna lehinə bir çox şüar və ifadələrlə Kiyevi "sözdə" dəstəkləyir. Moskva onu qıcıqlandıran nüansın Ukraynanın NATO-ya qəbul edilməsi ehtimalının olduğunu ifadə edir.  
Ukrayna xəbərdarlıq edir ki, Moskva işğalı gələn aydan tez, yəni dekabrda edə bilər. ABŞ rəsmiləri bildiriblər ki, Ukraynanın Rusiyayönlü media qruplarının Kiyevi potensial hərbi eskalasiyada günahlandıran təbliğat kampaniyası artıq işğalı başladıb.
Ukrayna və NATO mənbələri Moskvanın Suvalki dəhlizini ələ keçirmək üçün miqrantlar göndərə biləcəyindən ehtiyat edirlər - bu, Polşa ilə Litva arasında yüz kilometrlik "dil"dir. Dəhliz Litva, Latviya və Estoniyanı Avropa İttifaqının qalan hissəsi və NATO-nun Avropa əraziləri ilə birləşdirən yeganə dəhlizdir.
Bu ssenariyə görə, Rusiya miqrantları dəhlizə sıxışdıra və iğtişaşları alovlandıra bilər. Ardınca isə humanitar böhran bəhanəsi ilə rus qoşunları içəri daxil ola və hərni kontingentini yerləşdirə biləcəklər. Belə bir addım Rusiyaya Kalininqradda Belarusla ilə qüvvələri birləşdirməyə imkan verər. Ukraynanın proqnozlarına görə, bütün bu hərəkat iki saatdan az müddət ərzində yerinə yetirilə bilər.
Şərqi Avropadan bəzi diplomatlar bildirir ki, “Qaçqınları silah kimi istifadə etsəniz, onlar çoxyönlü silahdırlar”.
Keçən ay Rusiya yüzlərlə miqrantın Aİ-yə keçməyə cəhd etdiyi Belarus-Polşa sərhədinə qoşun yeritdi. Kreml bu qəfil yerdəyişməni hərbi təlimlə izah edib. Amma ukraynalı mənbə bu təlimin miqrantların əliylə geniş ərazini ələ keçirməyə hesablanmış “məşq” olduğunu irəli sürüb.
Rusiyanın hücum planına döyüşə hazır taktiki qrupların-Moskvanın hücum dəstələrinin döyüş sahəsinə atılması və səhra xəstəxanaları da daxil olmaqla, ortamüddətli hərbi müdaxilə üçün lazım olan hər şeyin  gəlməsi daxildir. Rusiya qoşunlarının sayı ilə bağlı təxminlər 94.000 (Kiyev) ilə 70.000 (Pentaqon) arasında dəyişir, lakin Kreml onların sayını tez zamanda 175.000-ə çatdıra bilər.
Putinin Ukraynaya qarşı hazırda sərgilədiyi tövr faktiki işğaldan başqa daha 3 məqsəd güdə bilər: 1. Rusiyanın sərhədi keçmək, Ukraynada böyük əraziləri qısa müddətdə tutmaq qabiliyyətini sınaqdan keçirmək və daha böyük hərbi əməliyyat ya da müharibə üçün məşq etmək; NATO-ya Ukraynanı alyansın üzvü kimi qəbul etməmək xəbərdarlığı etmək;  prezident Baydenin əsəblərini tarıma çəkmək.  

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR