“Putin yaxın həftələrdə...” – Baş qərargah rəisindən ŞOK İDDİA

2022-06-17 15:23:00

“Putin yaxın həftələrdə...” – Baş qərargah rəisindən ŞOK İDDİA

Rusiya artıq strateji baxımdan Ukraynaya qarşı müharibədə uduzub.

Hurriyyet.az xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin baş qərargah rəisi Toni Radakin deyib.

O qeyd edib ki, Rusiya Ukraynada böyük itkilər verib, Finlandiya və İsveçin qoşulmaq istədiyi NATO-nu gücləndirib.

“Bu, Rusiyanın dəhşətli səhvidir. Rusiya heç vaxt Ukraynaya nəzarəti ələ keçirə bilməyəcək”, - Radakin bildirib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin yaxın həftələrdə taktiki uğur əldə edə bilər, amma o, artıq ordusunun gücünün təxminən 25%-dən istifadə etməli olub:

“Rusiya belə baha qiymətə yalnız Ukrayna ərazilərinin kiçik hissəsini ala bilib. Üstəgəl, 50 min ölüsü və ya yaralısı var”.

Radakin Britaniyanın uzunmüddətli perspektivdə çoxlu sayda silah tədarük etməklə Ukraynanı dəstəkləyəcəyini deyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya