Putin xəbərdarlığa qulaq asmayıb: Ukraynaya hücum əmrini bu 3 şəxslə birgə verib
2022-04-22 22:08:00

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum qərarını 3 şəxslə birgə qəbul edib.
Bu barədə “Bloomberg” Rusiyadakı rəsmi mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Putinin Ukraynanı işğal planına müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dəstək verib. İddialara görə, Kremldəki yüksək rütbəli şəxslər Putini müharibənin ağır nəticələri barədə xəbərdar ediblər. Onlar Rusiyanın irimiqyaslı sanksiyalara məruz qala biləcəyi barədə xəbərdarlıq etsə də, Putin qulaq asmayıb. \\Metbuat
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya