Putin: “Xamaneinin sayəsində layihələrimiz gerçəkləşir. Məndən ona salam deyin”

2022-09-15 15:46:00

Putin: “Xamaneinin sayəsində layihələrimiz gerçəkləşir. Məndən ona salam deyin”

Hurriyyet.az xəbər verir ki,  Özbəkistanın Səmərqənd şəhərində, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya ilə İran prezidentləri Vladimir Putin ilə İbrahim Rəisi görüşüblər.

Görüş  zamanı Rusiya lideri bildirib ki, gələn həftə Rusiya Federasiyasından nümayəndə heyəti İrana gedəcək, heyətin tərkibinə 80 iri şirkətin nümayəndələri daxildir.

Putin onu da vurğulayı ki, İran İslam Respublikasının ŞƏT-ə tamhüquqlu üzv olması üçün lazım olan hər şey edilir, artıq “son formallıq qalır”.

Söhbət zamanı Putin ilə Raisi yeni strateji tərəfdaşlıq sazişinin hazırlanmasını müzakirə ediblər.

Bundan əlavə, Rusiya lideri bir çox beynəlxalq məsələlərdə Moskva və Tehranın mövqelərinin yaxınlığına diqqət çəkib: “Regionlararası əlaqələr inkişaf edir. Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik və bir çox baxımdan mövqelərimiz yaxındır və ya diplomatların dediyi kimi, üst-üstə düşür”.

Putin bu yaxınlarda İrana səfəri zamanı ölkənin ali dini lideri Əli Xamneinin zamanı onu paytaxt Tehran şəhərində necə səmimi qəbul etdiyini xatırladıb: “Xamaneinin dəstəyi sayəsində bir çox layihələr irəliləyir. Biz onun gələcəkdə də dəstəyində maraqlıyıq. Xahiş edirəm, ona ən xoş arzularımı çatdırın".

Hürr Tərcüman

Информационное бюро Верховного руководителя Ирана


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054189