PUTİN VARDANYANDAN NİYƏ İMTİNA ETDİ? – İki səbəb var...

2022-12-23 10:56:00

PUTİN VARDANYANDAN NİYƏ İMTİNA ETDİ? – İki səbəb var...

Prezident Vladimir Putin Xankəndinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb. Separatçı Xankəndindəki yeni “vəzifəsinə” göndərilərkən belə bir xahişlə Kreml rəhbərinə müraciət etmişdi. Hazırda o ciddi-cəhdlə öz missiyasını yerinə yetirməyə çalışır. Əsas hədəfləri separatçı-cinayətkar qruplaşmanın rəhbərliyini ələ keçirmək, erməni əhalisini ram etmək və Moskvanın planlarının icrası üçün münbit şərait yaratmaqdan ibarətdir.

Amma Xankənində işləmək milyarderin düşündüyü kimi rahat olmadı. Azərbaycanın davamlı təzyiqləri, habelə Ermənistan rəhbərliyi və onun Qarabağdakı əlaltıları ilə baş verən münaqişə Vardanyanın işini çətinə saldı. Azərbaycanlı aktivistlərin Laçın yolunda keçirdiyi aksiya isə yerli ermənilərlə milyarderi üz-üzə qoyub. Onlar hesab edirlər ki, separatçı “nazir” qeyri-ciddi, reallıqla səsləşməyən avantürist çıxışları Bakının səbr kasasını daşırdı və nəticədə müharibədən sonra sabitləşməyə başlayan həyatları yenidən böhrana sürükləndi.

Vardanyanın Rusiya vətəndaşlığından çıxarılmasını bu kontekstdə dəyərləndirmək vacibdir.

Birincisi, Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə onun Xankəndinə hansı səbəbdən göndərilməsi məsələsini qaldırıb. Prezident Putin isə bundan xəbərsiz (?) olduğunu iddia edib. Kremldə hesab edirlər ki, vətəndaşlıqdan çıxarıldıqdan sonra Bakıdan Vardanyan haqqında onlara suallar ünvanlanmayacaq.

Amma bu o demək deyil ki, milyarderə verilən siyasi, inzibati və s dəstək dayanacaq, əksinə Rusiya Qarabağda varlığını daha da möhkləndirmək üçün daha fəal addımlar atra bilər.

İkincisi, Vardanyanın “sərbəstləşdirilməsi” Vardanyan üzərində oynanılan daha böyük oyunlarla bağlı ola bilər. Bəzi ekspertlər əmindirlər ki, milyarder Xankəndindəki “postundan” tramplin kimi istifadə edəcək və bir müddət sonra Ermənistanda hakimiyyətə gəlmək iddiasını orttaya qoyacaq. Onun özü Rusiya mediasına müsahibəsində belə bir niyyətdə olduğunu gizlətməyib. Paşinyan, Arayik Arutyunyanla aralarında baş qaldıran konfliktin də mənbəyi Vardanyanın sözügedən böyük iddialardıdır.

Putinin Vardanyandan “de-yuri” imtina etməsi Bakının onun zərərsizləşdirilməsi istiqamətində fəaliyyətini intensivləşdirə bilər. O, artıq Azərbaycan qanunlarını pozmuş, onun ərazisində ağır cinayətlər törətməkdə davam edən Rusiya vətəndaşı deyil, sıradan separatçı cinayətkarlardan biri kimi legitim hədəfdir...

azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.214428