Putin “Vaqner”in ələ keçirdiyi qərərgaha gedib – Prezidenti Gerasimov qarşılayıb və...

Rusiya Prezidenti Vladimir Putin Rostov-Dondakı qoşunlar qrupunun qərargahına baş çəkib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi və Rusiyanın dövlət xəbər agentlikləri məlumat yayıb.
“RİA Novosti”nin videosunda V.Putini “Vaqner” Rüsyanın lideri Yevgeni Priqojinin istefasını tələb etdiyi Baş Qərargah rəisi Valeri Gerasimov qarşılayır.
Putin belə bir görüşü sonuncu dəfə mart ayında Rostov-Donda keçirib. Eyni zamanda prezident rus qoşunları tərəfindən işğal edilmiş Mariupola da baş çəkib.
Xatırladaq ki, iyunun 23-24-də Rostov-Donudakı hərbi obyektlər, o cümlədən Cənub Hərbi Dairəsinin qərargahı “Vaqner” PMC muzdluları tərəfindən ələ keçirilmişdi. Bundan sonra Gerasimovun uzun müddət ictimaiyyət qarşısına çıxmaması Baş Qərargah rəisinin taleyi ilə bağlı müxtəlif söz-söhbətlərin yaranmasına səbəb oldu.
İyunun sonunda bir çox hökumətyönlü teleqram kanalları yazıb ki, general Mixail Teplinski Ukraynaya qarşı əməliyyatın komandiri postunda Gerasimovu əvəz edə bilər. Amma sonradan xəbərlər gəldi ki, əksinə, Teplinski rüsvay edilib. Həmçinin Gerasimovu tənqid etdiyinə görə 58-ci ordunun komandiri general İvan Popov da tutduğu vəzifədən uzaqlaşdırılıb.
AzPolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya