Putin Vahid Ələkbərovu təltif etdi

2022-05-05 09:00:00

Putin Vahid Ələkbərovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam rəsmi hüquq informasiya portalında dərc olunub.

“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Ələkbərov Vahid Yusufoviç 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur”, - deyə sənəddə qeyd olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya