"Putin Ukraynaya qarşı müharibəyə başlamaqla və ABŞ-ı təhdid etməklə yatmış nəhəngi oyadıb" - XAQANİ CƏFƏRLİ

2023-02-15 13:04:00

"Rusiyanın faciəsi ondan ibarətdir ki, marşal İsoroku Yamamotodan fərqli olaraq polkovnik-leytenant Putin bunu anlamayıb"

"ABŞ-ın hərbi maşını hərəkətə gəlib. ABŞ-ın Avropaya göndərdiyi hərbi texnikanı daşıyan ilk bərə ötən gün Almaniyanın Bremerhaven limanına yan alıb. Bərədə 90 ədəd "Stryker" zirehli döyüş maşını, 60 ədəd piyadaların döyüş maşını olmaqla 440 ədəd müxtəlif növ hərbi texnika olub. Bu Ukraynaya və digər müttəiqlərinə dəstək üçün ABŞ-ın Avropaya göndərdiyi 1250 ədədlik hərbi texnikanın ilk hissəsidir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, digər texnikaları gətirən daha iki bərə Avropa sahillərinə yaxınlaşmaqdadır: "İkinci Dünya Müharibəsi illərində Yaponiya İmperiyasının Birləşmiş Donanmasının baş komandanı olmuş Yaponiya Hərbi Dəniz Qüvvələrinin marşalı İsoroku Yamamotoya aid edilən məşhur ifadə Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı ABŞ-ın reaksiyasını ən dolğun şəkildə əks etdirir. Pearl Harbora hücumdan sonra marşal İsoroku Yamamotonun belə dediyi iddia olunur: "Qorxuram ki, bütün gördüyümüz iş yuxuda olan nəhəngi oyatmaqdan ibarət oldu. İndi onun intiqamı dəhşətli olacaq". Mixail Qorbaçovun ABŞ-a səfərindən sonra Vaşinqtonun Moskvaya münasibəti dəyişmiş, Ağ Ev Kremli tərəfdaşı kimi görməyə başlamış və dərin yuxuya getmişdi".

Xaqani Cəfərli hesab edir ki, Putin ötən ilin fevralın 24-də Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlamaqla və ABŞ-ı təhdid etməklə yatmış nəhəngi oyadıb: "İndi onun intiqamı dəhşətli olacaq. Rusiyanın faciəsi isə ondan ibarətdir ki, marşal İsoroku Yamamotodan fərqli olaraq polkovnik-leytenant Putin bunu anlamayıb".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.275425