Saat:11:37
Haqqımızda

“Putin Ukraynanı işğal etsə...” - Bayden Rusiyanı hədələdi

2022-01-20 09:28:00

“Putin Ukraynanı işğal etsə...” - Bayden Rusiyanı hədələdi

“Mənim təxminlərimə görə, Rusiya Ukraynaya qarşı hərəkətə keçəcək. Rusiya Ukraynaya hücum edərsə, heç vaxt görmədiyi sanksiyalarla üzləşəcək”.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukrayna ilə Rusiya arasında yaşanan gərginliklə bağlı danışarkən deyib.

NATO-da birliyin vacibliyini qeyd edən Bayden çıxışında əlavə edib:

“Putin Ukraynanı işğal edərsə, Polşa və Rumıniyadakı əsgərlərimizin sayını artıracağıq. NATO daxilində fikir ayrılıqları var. Mən əmin olmalıyam ki, hamı razılaşsın. Əgər rus əsgərləri sərhədi keçib Ukrayna əsgərlərini öldürsələr, bu, hər şeyi dəyişəcək. Amma NATO cəbhəsində bizim tam birliyimiz Putinin nə edəcəyindən və hansı səviyyədə edəcəyindən asılıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR