Putin Ukraynada atəşkəsin şərtini açıqladı
2025-11-28 10:16:16
Ukrayna qoşunları mövqelərini tərk etdikdən sonra hərbi əməliyyatlar dayandırılacaq.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri “işğal etdikləri ərazilər”dən (Ukraynanın beynəlxalq hüquqla tanınan ərazisi olan Donbası nəzərdə tutur – red.) geri çəkilməsə, Rusiya buna silah gücü ilə nail olacaq.
Rusiya prezidenti həmçinin qeyd edib ki, bütün cəbhələrdə müsbət impuls davam edir, Rusiya Silahlı Qüvvələri öz irəliləyişlərini artırır.
Axar.az
