Putin uğur qazansa, dəhşət başlayacaq – London

2022-04-27 15:34:00

Putin uğur qazansa, dəhşət başlayacaq – London

Rusiya müharibəsinə qarşı olan ölkələr Ukraynaya dəstəyi ikiqat artırmalı, xüsusən də Kiyevi daha çox ağır silahlarla təmin etməlidir.

Hurriyyet.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

Trass bildirib ki, Vladimir Putinin qələbəsinin qarşısını almaq lazımdır:

“Əks halda o, müharibədən dünyada yeni təhlükəsizlik nizamının katalizatoru kimi istifadə edəcək. Putin uğur qazanarsa, Avropada daha da ağlasığmaz səfalət və bütün dünyada dəhşətli nəticələr olacaq. Bir daha özümüzü heç vaxt təhlükəsiz hiss etməyəcəyik. Ona görə də biz uzun yola hazır olmalıyıq və Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya