Saat:06:38
Haqqımızda

Putin Türkiyəyə gedir, Paşinyan da?!

2022-01-28 12:27:00

Putin Türkiyəyə gedir, Paşinyan da?!

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri Pekində Qış Olimpiadasından sonraya planlaşdırılır. Bu barədə cümə axşamı Türkiyə XİN başçısı Mevlüt Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib.

"Rusiya prezidentinin qrafiki sıx olduğuna görə RF prezidentinin yanvarda səfər etməsi mümkün deyil. Bu səfərdən əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ukraynaya gedəcək. Ümid edirəm ki, Rusiya və Ukrayna tərəfi ilə danışıqlar gərginliyin azalmasına töhfə verəcək", deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu həmçinin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına toxunub, Ankaranın Ermənistanla dialoqun tərəfdarı olduğunu bildirib. O xatırladıb ki, Ankara Ermənistan XİN başçısı Ararat Mirzoyana və Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyana Antalyada keçiriləcək Diplomatiya Forumunda iştirak üçün dəvət göndərib.

"Dünən Ermənistan baş naziri Nikol Paşinyanın Ankaraya səfər etməsi mümkünlüyü haqqında məlumat daxil olub", deyə Çavuşoğlu qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR