Putin: “Türkiyə vasitəçi olmasaydı, taxıl ehtiyacı olanlara deyil, Avropaya göndəriləcəkdi”

2022-09-07 13:28:00

Putin: “Türkiyə vasitəçi olmasaydı, taxıl ehtiyacı olanlara deyil, Avropaya göndəriləcəkdi”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumundakı çıxışında Türkiyənin vasitəçilik fəaliyyətini həyata keçirdiyi taxıl dəhlizi ilə bağlı açıqlama verib. Putin bildirib ki, Türkiyə vasitəçi olmasaydı, bu taxıl ehtiyacı olan ölkələrə deyil, Avropa ölkələrinə gedəcəkdi.

Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edib.

Putin Türkiyənin vasitəçiliyi ilə Birləşmiş Millətlər Təşkilatı, Rusiya və Ukrayna arasında imzalanan taxıl sazişinə toxunub.

Putin sözügedən razılaşma sayəsində taxılın ehtiyacı olanlara çatdırıldığını bildirib və deyib: “Biz Ukrayna taxılının ixracını təmin etmək üçün hər şeyi etdik. Mən Afrika İttifaqının liderləri ilə, Afrika dövlətlərinin rəhbərləri ilə görüşdüm və onlara söz verdim ki, onların maraqlarını təmin etmək üçün hər şeyi edəcəyik. Bunu Türkiyə ilə birlikdə etdik. Sonda sizlərə açıqlayıram, əziz həmkarlarım: əgər Türkiyə vasitəçi statusuna malik olmasaydı, Ukraynadan ixrac edilən taxılın demək olar ki, hamısı inkişaf etməkdə olan və ən kasıb ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə göndəriləcəkdi.

 

 “Avropa ABŞ-ın diktaturasını qorumaq üçün özünü qurban verir”

Putin bildirib ki, Avropa ABŞ-ın diktaturasını qorumaq üçün öz dəyərlərini qurban verib: "Qərb ölkələri yalnız özlərinə sərfəli olan köhnə dünya nizamını qoruyub saxlamağa, hamını öz uydurduqları və mütəmadi olaraq pozduqları bədnam "qaydalar"la yaşamağa məcbur etməyə çalışırlar. Mövcud şəraitdən asılı olaraq, mütəmadi olaraq özləri üçün qaydaları dəyişirlər. Qərbdə elita ilə bvətəndaşların mənfəətləri arasındakı uçurum getdikcə artır. Beləliklə Avropada əldə edilmş sənaye inkişafı quruluşu, insanların həyat keyfiyyəti, sosial-iqtisadi saitlik, bütün bunlar NATO-nun adından Vaşinqtondan gələn tələblərlə heç hesab edilir. Əslində ABŞ-ın dünya işlərində diktaturasını qorumaq naminə qurban verilir".

Putin deyib: “Yazda bir çox xarici şirkətlər Rusiyanı tərk eləməkdə yarışaraq bunun ən çox ölkəmizə zərər verəcəyini düşündülər”.

Rusiya prezidenti Vladimir Putin, “Amma indi biz Avropada istehsal və məşğulluq səviyyəsinin ardıcıl şəkildə necə aşağı düşdüyünü görürük. Ən mühüm səbəblərdən biri təbii ki, Rusiya ilə kommersiya əlaqələrinin kəsilməsidir. “Bu prosesləri sürətləndirən ABŞ-ın qlobal iqtisadiyyatda və siyasətdə qaçılmaz hökmranlığı, eləcə də Qərb elitasının obyektiv faktları görmək və tanımaq istəməməkdə inadkarlığı və ya bundan xəbərsiz olmasıdır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.100613