“Putin tezliklə silah və xalq üçün yağ arasında seçim etməli olacaq” – Jozep Borrel

2022-07-30 13:57:00

“Putin tezliklə silah və xalq üçün yağ arasında seçim etməli olacaq” – Jozep Borrel

“Rusiya hərb maşınının yalnız pula deyil, həm də texnologiyaya ehtiyacı var”.

Hurriyyet.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Rusiya-Ukrayna müharibəsinin gedişi haqqında danışarkən deyib.

Borrelin sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effektli olmaması haqda iddialar əsassızdır:

“Rusiya hərb maşınının yalnız pula deyil, həm də texnologiyaya ehtiyacı var. Vurulmuş Rusiya tankının korpusuna baxın. Bu zaman orada Qərb şirkətlərinin istehsal etdiyi nə qədər komponent olacağını görəcəksiniz. Rusların bundan sonra həmin texnologiyalara çıxış imkanı olmayacaq”.

Diplomat əlavə edib ki, 2022-ci ilin ilk yarısında Rusiyada Ümumi Daxili Məhsul (ÜDM) 10 faiz azalıb və bu, SSRİ-nin süqutundan sonra ən böyük geriləməyə gətirib çıxaracaq:

“Ona görə də Putin tezliklə silah və xalq üçün yağ arasında seçim etməli olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055413