Saat:03:44
Haqqımızda

Putin: “Taliban”ı tanımağa tələsməməliyik”

2021-10-15 14:58:00

Putin: “Taliban”ı tanımağa tələsməməliyik”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin MDB sammitində çıxış edərkən Rusiyada qadağan edilmiş “Taliban” təşkilatını rəsmən tanımağa tələsməməyə çağırıb.

Putin deyib: “Talibləri rəsmən tanımaq məsələsində tələsməmək lazımdır. Biz onlarla qarşılıqlı fəaliyyətdə olmaq lazım gəldiyini başa düşürük. Lakin tələsmək olmaz. Bu məsələni sizinlə birlikdə müzakirə edəcək,  məsləhətləşəcəyik”.

Putin Əfqanıstanın şimalında 2000 nəfərdən artıq İŞİD terrorçusunun olduğunu və onların rəhbərlərinin başqa ölkələrə və Rusiyanın regionlarına təsir planlarını qurduqlarını qeyd edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR