Putin Rusiyanın dostu olmayan ölkələr barədə fərman verdi

2022-05-03 15:14:00

Putin Rusiyanın dostu olmayan ölkələr barədə fərman verdi

Rusiya Prezidenti Vladimir Putin bəzi xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar fərman imzalayıb.

Hurriyyet.az Ria Novosti-yə istinadən xəbər verir ki, fərman Rusiya əleyhinə çıxan ölkələrə cavab iqtisadi tədbirlərini özündə əks etdirir.

Putin həmçinin hökumətə 10 gün ərzində Rusiyanın cavab sanksiyalarına məruz qalan şəxslərin siyahısını müəyyən etməyi tapşırıb.

Putinin fərmanı Rusiya Federasiyasının cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslərlə əməliyyatlar aparmağı və öhdəlikləri yerinə yetirməyi qadağan edir. O, həmçinin rəsmi Moskvanın sanksiyaları altında olan şəxslərin xeyrinə Rusiya Federasiyasından xammal və məhsulların ixracını qadağan edib. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya