Putin Rusiyanı tərk elədi

2022-12-19 17:52:00

Putin Rusiyanı tərk elədi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Minskdə eniş edib. Rusiya Prezidenti belarus həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq niyyətindədir.

Dövlət başçıları Belarus-Rusiya inteqrasiyası məsələlərini müzakirə edəcəklər. Danışıqlarda iki ölkənin hökumətlərinin üzvləri, nazirlər və idarə başçıları da iştirak edəcəklər.

Ardından ölkə liderləri təkbətək fotmatda danışıqlara davam edəcəklər. Müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xreninin iştirakı ilə də ayrıca danışıqlar aparılacağı gözlənilir.

Prezidentlərin danışıqların əsas mövzuların təhlükəsizlik, müdafiə və hərbi sənaye sahələrində əməkdaşlıq məsələləri, maliyyə sistemlərində sabitlik ilə bağlı qərarların verilməsi olacağı planlaşdırılır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.184351