Putin rusiyalı pilotun qaytarılmasında yardımına görə Ərdoğana təşəkkür etdi

2022-04-28 16:12:00

Putin rusiyalı pilotun qaytarılmasında yardımına görə Ərdoğana təşəkkür etdi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb. Telefon danışığı zamanı ABŞ ilə Rusiya arasında dünən Türkiyədə həyata keçirilən mübadilə ilə yanaşı, Ukraynadakı müharibə məsələsi də müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçilik eləməyə hər zaman hazır olduğunu, İstanbul prosesinin uğurla davam edəcəyinə inandığını söyləyib.

ABŞ ilə Rusiyanın mübadiləsi

Dünən Türkiyədə Rusiya pilotu Konstantin Yaroşenko ilə Amerika dəniz piyadası Trevor Reed Türkiyənin Milli Kəşfiyyat Təşkilatının koordinatorluğu və nəzarəti altında mübadilə edilib. Putin bu mübadilə imkanına görə Prezident Ərdoğana təşəkkürünü bildirib.

Ərdoğan Türkiyənin bu mübadilədə vasitəçilik eləməsinin sülhə, dialoqa və əməkdaşlığa verdiyi dəyərin nişanəsi olduğunu söyləyib. Türkiyə Prezidenti kəşfiyyat xidmətləri arasındakı dialoqun davam etdirilməli olduğunu, bunun regiondakı humanitar faciələrin qarşısının alınmasına və sabitliyə yardım edə biləcəyini deyib.

Qeyd edək ki,  ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan da mübadilə imkanına görə Türkiyəyə təşəkkür etmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya