Putin-Rəisi danşıqlarının gündəliyi açıqlanıb
2022-01-18 13:36:00
Kreml Rusiya və İran liderlərinin danışıqlarında gündəlikdə duran məsələləri açıqlayıb.
Hurriyyet.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vladimir Putin və İbrahim Rəisi yanvarın 19-da keçiriləcək danışıqlarda iqtisadi, beynəlxalq və regional mövzularla bağlı birgə layihələrin reallaşdırılmasını müzakirə edəcəklər.
“Putin və Rəisi İranın nüvə proqramı ilə bağlı Birgə hərtərəfli fəaliyyət planının icra edilməsi problemini də müzakirə edəcəklər”- deyə Kremlin məlumatında qeyd olunub.