Putin qrant müqabilində LGTB-ni dəstəkləyib dövlətə qarşı çıxış edən müxalifətdən danışdı

“Müqəddəs kitablarda yazılanlara qarşı çıxırlar, əxlaqsızlığı həyat normasına çeviriblər”
Hurriyyet.az “Komsomolskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 21 fevral tarixində Federal Məclisə müraciəti zamanı Qərbin mədəni-əxlaqi dəyərləri məsələsinə də toxunaraq, tənqidi fikirlərini paylaşıb.
Putin deyib: “Baxın görün, onlar öz xalqları ilə nə edirlər? Ailə institutunun dağılması, mədəni və milli xüsususiyətlərin məhvu, pozğunluq, uşaqların təhqirinin pedofiliya səviyyəsinə qədər çatdırılması onların norması, həyat norması kimi izah edilir! Rahibləri, keşişləri bircinsli nigahlara xeyir-dua verməyə məcbur edirlər. Yaxşı, özləri bilər, nə edirlər, etsinlər. Burada nə demək istənilir? Yetkin adamların istədikləri kimi yaşamaq hüquqları var – biz Rusiyada buna belə yanaşırıq və həmişə belə yanaşacağıq. Heç kim şəxsi həyata müdaxilə eləmir və biz də bunu eləməyə hazırlaşmırıq. Lakin onlara demək istəyirik – məni bağışlayın, amma Müqəddəs kitaba, bütün digər dünya dinlərinin əsas kitablarına baxın – orada hər şey deyilib. O cümlədən, ailənin – qadın ilə kişinin ittifaqı olmağı. Lakin indi bütün bu müqəddəs mətnlərə şübhə ilə yanaşırlar. Bəlli olduğuna görə, məsələn, İngiltərə kilsəsi planlaşdırır ki, (düzü, hələ planlaşdırır) neytral cinsə malik tanrı ideyasını nəzərdən keçirsin. Burada nə deyəsən? İlahi, nə etdiklərini bilmirlər!
Qərbdə milyonlarla insan əsl mənəvi fəlakətə sürükləndikərini başa düşür. Sözün düzü, elita sadəcə ağlını itirir və görünür, bu, müalicə olunan deyil. Artıq dediyim kimi, bu, onların problemidir, biz isə öz uşaqlarımızı müdafiə eləməyə hazırıq. Və biz bunu edəcəyik. Öz uşaqlarımızı deqradasiyadan və pozğunluqdan qoruyacağıq.
Qərbin bizim cəmiyyəti laxlatmağa və parçalamağa çalışacağı aşkardır. Unun üçün milli satqınlara arxalanırlar. Qeyd etmək istəyirəm ki, bütün zamanlarda belələrində öz Vətəninə nifrət zəhəri və bu zəhəri onun üçün pul ödəyənə satmaqla qazanmaq arzusu olub. Bu həmişə belə olub. Kim birbaşa satqınlıq yoluna düşübsə, cəmiyyətimizin, ərazi bütövlüyümüzün təhlükəsizliyinə qarşı terror və digər cinayətləri törədirsə, qanunla məsuliyyət daşıyacaq”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya