Putin Qorbaçovun dəfn mərasimində iştirak etməyəcək

2022-09-01 15:30:00

Putin Qorbaçovun dəfn mərasimində iştirak etməyəcək

Rusiya Prezidenti Vladimir Putin Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

Hurriyyet.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin hazırda Kalininqradda olduğunu, ora yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını söyləyib:

“Kalinqrada yola düşməzdən əvvəl Prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, ümumi vida və dəfn mərasimi sentyabrın 3-də keçiriləcək. Amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün o, bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da qeyd edib ki, Qorbaçovun dəfn mərasimində dövlət dəfn mərasiminin elementləri, o cümlədən fəxri qarovul dəstəsi olacaq. Onun sözlərinə görə, dövlət dəfn mərasiminin təşkilinə kömək edəcək.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069573