Putin Pezeşkianın Rusiyaya səfərini gözləyir - yeni saziş imzalanacaq
2024-09-12 17:13:22
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Görüş barəsində ətraflı məlumat Kremlin rəsmi saytında yerləşdirilib.
RF Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianı 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRİKS sammitində iştirakını gözlədiklərini və onun Rusiyaya səfər etməsinə şad olacaqlarını bildirib. Putin həmin səfər zamanı İran ilə Rusiya arasında strateji əməkdaşlıq müqaviləsi imzalana biləcəyini bəyan edib.
Hürr Tərcümanа