Saat:12:38
Haqqımızda

Putin-Paşinyan danışığının detalları: Zəngəzur dəhlizi... - Video

2021-07-23 17:25:00

Putin-Paşinyan danışığının detalları: Zəngəzur dəhlizi... - Video

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, telefon danışığı Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən 2 gün sonra baş tutub.

Ermənistanın “Joxovurd” qəzeti məsələyə diqqət çəkərək, Putinin hər iki ölkə lideri ilə ikitərəfli əməkdaşlıqla yanaşı, regional kommunikasiyaların açılması, delimitasiya və demarkasiya proseslərini müzakirə etdiyini vurğulayıb.

“Sərhəd gərginliyi fonunda Rusiya Prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqları diqqət çəkir. Sərhədyanı işlərin aktivləşdirilməsi, rus sərhədçilərinin bölgəyə yerləşdirilməsi və Qazaxla Naxçıvanın anklav kəndlərinin qaytarılması fonunda məsələ gündəmdədir. Ermənistanın taleyinin ölkədən kənarda həll olunması barədə təəssürat yaranır və bizdən heç nə soruşan yoxdur”, - deyə qəzet yazır.

“Joxovurd” qəzeti Putinin Zəngəzur dəhlizi və üçtərəfli razılşamanın digər bəndlərinin icrası üçün Paşinyana təzyiq etdiyini də diqqətə çatdırıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR