Putin özünütəcridin səbəbini açıqladı

2021-09-14 17:36:00

Putin özünütəcridin səbəbini açıqladı

Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün özünütəcrid rejiminə keçib.

Hurriyyet.az xəbər verir ki, məlumatı Kreml yayıb.

Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVİD-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyəcək.

***

Rusiya Prezidenti Vladimir Putin özünütəcridə çəkilməsinin səbəbini açıqlayıb.

Rusiya Federasiyası hökuməti və Vahid Rusiya Partiyasının rəhbərliyi ilə onlayn formatda keçiriıən görüşdə Putin deyib ki, bütün gün koronavirus xəstəsi ilə təmasda olub.

Qeyd edək ki, dünən Vladimir Putin olimpiyaçılarla görüşdə özünütəcrid rejiminə çəkiləcəyini demişdi.