"Putin özünü sakit göstərməyə çalışır, ancaq daxilən həyacan içində olduğu aydındır" - ELXAN ŞAHİNOĞLU

2022-05-04 11:21:00

"Kreml sahibi illərdir müharibəyə hazırlaşır, Ukraynanı parçalamaq istəyirdi, 24 fevralda qərarını verdi, ancaq sonluğu fikirləşməyib və ya əvvəlcədən fikirləşdiyini reallaşdıra bilmir"

"Kreml sahibi ekran qarşısında özünü elə aparır ki, sanki Ukraynada işğalçı müharibədə qələbə çalmağa yaxındır, itkiləri yoxdur, Rusiya ərazisində müəammalı partlayışlar və yanğınlar baş vermir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin özünü sakit göstərməyə çalışır, nazirləriylə iqtisadiyyatı müzakirə edir, ekologiyadan danışır və s. ancaq daxilən həyacan içində olduğu aydındır: "Kreml sahibi illərdir müharibəyə hazırlaşır, Ukraynanı parçalamaq istəyirdi, 24 fevralda qərarını verdi, ancaq sonluğu fikirləşməyib və ya əvvəlcədən fikirləşdiyini reallaşdıra bilmir. Ağır dərddir. Əsas naziri isə başını elə itirib ki, Hitleri yəhudi adlandırmaqla buna qədər ölkəsinin normal münasibətlərdə olduğu İsraili qəzəbləndirib. Bircə rusiyalı siyasətçilərin və diplomatların anti-semit açıqlamaları qalmışdı ki, onu da səsləndirdilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya