"Putin NATO-nu doğulub-böyüdüyü Sankt-Peterburqa qədər gətirdi" - ŞAHİN CƏFƏRLİ

2022-06-29 13:03:00

"Bu, çox ağır strateji məğlubiyyət olmaqla bərabər, rusiyalı tiranın dünyadakı reputasiyasına da ciddi zərbədir"

"NATO-nun şərqə doğru 23 illik genişlənməsi nəticəsində ittifaqın Rusiya ilə 1215 kilometrlik sərhədi yaranmışdı. Təkcə Finlandiyanın Rusiya ilə 1270 kilometr quru sərhədi var. Yəni, Rusiyanın NATO ilə sərhədlərinin uzunluğu 2 dəfədən də çox artır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçi qeyd edib ki, İsveçin də qoşulması ilə Baltik dənizi "NATO gölü" halına gəlir: "Ukraynanın NATO-ya girməsinə yol verə bilmərik, bu, sərhədlərimizdə bizə birbaşa təhdid yaradacaq" deyərək Avropanın şərqində dəhşətli müharibə cinayətlərinə imza atan Putin NATO-nu doğulub-böyüdüyü Sankt-Peterburqa qədər gətirdi. Bu, çox ağır strateji məğlubiyyət olmaqla bərabər, rusiyalı tiranın dünyadakı reputasiyasına da ciddi zərbədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056167