Saat:06:44
Haqqımızda

Putin narkoticarətdən danışdı: “Taliblər üçün asan olmayacaq”

2021-10-15 17:26:00

Putin narkoticarətdən danışdı: “Taliblər üçün asan olmayacaq”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Əfqanıstanda narkotik istehsalı və qaçaqmalçılığının taliblər üçün kəskin problem kimi qaldığını bildirib. Onun sözlərinə görə, “Taliban” əvvəllər narkoticarətə qarşı uğurlu mübarizə aparsa da, bu cür gəlir mənbəyindən imtina eləmək asan olmayacaq.

Putin MDB ölkələrinin başçılarının iclasında deyib: “Əfqanıstanda narkotiklərin istehsalı və qaçaqmal yolu ilə xaricə satışı əvvəlki kimi kəskin problem olaraq qalır. Bu ölkə dünyada tiryək məhsullarının ən böyük tədarükçüsüdür – bu, dünya bazarının 95%-i deməkdir. Narkotik istehsalı ilə mübarizə aparmaq vədinə baxmayaraq, reallıqda... Bilmirəm, bu, taliblərə müyəssər olacaq, yoxsa yox, bunu etmək istəyirlərmi, istəmirlərmi.. Əvvəllər... prinsipcə bunu edirdilər və uğurla edirdilər. Lakin indi, əfqan iqtisadiyyarının belə böhranlı vaxtında belə gəlir mənbəyindən imtina eləmək asan olmayacaq”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR