Saat:23:34
Haqqımızda

Putin mühüm AÇIQLAMALAR VERDİ

2025-12-04 20:31:01

Putin mühüm AÇIQLAMALAR VERDİ

“Hindistan böyük dövlətdir, ingilis və ya Britaniya koloniyası deyil”.

Bunu Rusiya prezidenti Vladimir Putin "India Today"ə verdiyi müsahibədə bildirib.

“Biz sadəcə qanuni maraqlarımızı qorumağa çalışırıq və Hindistan məhz bunu edir. Hindistanla enerji əməkdaşlığı mövcud şərtlərdən asılı deyil. Bəziləri Rusiya ilə əlaqələri səbəbindən Hindistanın beynəlxalq bazarlarda artan rolundan narahatdırlar”, - Putin deyib.

“Rus neftinin Hindistana tədarükü stabil şəkildə davam edir. Rusiyanın enerji şirkətləri hindistanlı tərəfdaşlarını etibarlı hesab edir. ABŞ özü rus nefti alırsa, Hindistanın bunu etməyə niyə haqqı olmasın? Rusiya, o cümlədən Tramp administrasiyası ilə Hindistanın rus nefti alması məsələsini müzakirə etməyə hazırdır”. \\Musavat.com