Putin müəlliminə Tel-Əvivdə mənzil alıb? – Pullar Abramoviçin ofşor hesabından köçürülüb

2023-04-03 16:00:00

Putin müəlliminə Tel-Əvivdə mənzil alıb? – Pullar Abramoviçin ofşor hesabından köçürülüb

“The Washington Post” qəzeti bu yaxınlarda aşkar edilmiş gizli maliyyə hesabatları ilə bağlı məqalə dərc olunub. Materialda qeyd olunur ki, iş adamı Roman Abramoviçin gizli nəzarətində olan ofşor hesabdan köçürmə vasitəsi ilə Vladimir Putinin keçmiş müəllimi üçün Tel-Əvivdə mənzil alınıb.

Aprelin 2-də dərc olunan məqalədə deyilir ki, 2005-ci ildə İsrailə dövlət səfəri zamanı Rusiya Prezidenti keçmiş alman müəllimi Mina Yuditskaya-Berlinerlə qısa görüş keçirib. Daha sonra ona çoxlu hədiyyələr verilib. Yuditskaya-Berlinerin 10 il sonra İsrail nəşrinə verdiyi müsahibədə bildirib ki, Putinlə görüş onun 208 min dollara mənzil almasına töhfə verib.

Nəşr iddia edir ki, daşınmaz əmlakın alınması üçün pul Putindən deyil, Abramoviçlə əlaqəli hesabdan gəlib. Həmçinin bildirilir ki, tapılan qəbzlər biznesmenlə Putin arasında maliyyə əlaqələri ehtimalını gücləndirir.

Roman Abramoviç onilliklərdir ki, mediadan təkzib verməyi tələb edir və hətta Putinin əmrlərini yerinə yetirdiyini göstərən yazıları sildirmək üçün bütün imkanlara baş vurur.

“The Washington Post”un istinad etdiyi sənədləri qəzet Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ilə birlikdə əldə edib. Onların arasında Abramoviçin Kiprdəki şirkətindən Yuditskaya-Berlinerə 245 min dolların köçürülməsini qeyd olunan hədiyyə sənədi də var. Pulun köçürülməsi onun Tel-Əvivin mərkəzində kiçik bir mənzil aldığı dövrə təsadüf edir.

“Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Putinin sövdələşmədəki rolu və Roman Abramoviçin bu işə cəlb edilib-edilməməsi ilə bağlı suallara birbaşa cavab verməyib. Peskov Rusiya Yəhudi İcmaları Federasiyası ilə əlaqə saxlamağı məsləhət görüb və deyib ki, İsraildə istənilən xeyriyyəçilik bu təşkilat vasitəsilə həyata keçirilir”, -qəzet yazıb.

Abramoviçin sözçüsü hədiyyəni etiraf edib, lakin bunun Putinin göstərişi ilə deyil, yəhudi icmasının xahişindən sonra verildiyini bildirib.

Kremllə maliyyə əlaqələrini qəti şəkildə inkar edən Roman Abramoviç Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Aİ və Böyük Britaniyanın ona qarşı sanksiyalar tətbiq etmək qərarına etiraz edir.

azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.260473