Putin Moskvada Türkiyə rəsmilərini qəbul etməyəcək

2022-06-22 09:00:00

Putin Moskvada Türkiyə rəsmilərini qəbul etməyəcək

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Milli Müdafiə Nazirliyinin Moskvaya səfər edəcək nümayəndə heyəti ilə görüşməyəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, türkiyəli nümayəndələr burada rusiyalı həmkarları ilə müzakirələr aparacaq.

Qeyd edək ki, qarşıdakı həftədə Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri İstanbulda Ukrayna taxılının limanlardan çıxarılması ilə bağlı müzakirələr aparacaq.

Bundan öncə də, Türkiyə MMN rəsmiləri Moskvaya səfər edərək müvafiq danışıqlarda iştirak edəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya