Saat:03:51
Haqqımızda

Putin məlumat verməyi qadağan edib

2025-05-14 14:32:17

Putin məlumat verməyi qadağan edib

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün İstanbula gedəcək nümayəndə heyətinə kimlərin daxil olduğunu açıqlamağı qadağan edib.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov istanbuldakı danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin kimlərdən ibarət olacağını hələ bəyan etməyəcəklərini bildirib.
Peskov deyib: "Yox, bu planda heç bir dəyişiklik yoxdur. Biz bunu Prezidentdən müvafiq göstəriş alanda edəcəyik. Hələ belə göstəriş verilməyib".
Peskov nümayəndə heyətinin cümə axşamı günü hökmən Ukrayna tərəfini gözləyəcəyini" də qeyd edib.
Hürr Tərcüman