Saat:20:04
Haqqımızda

PUTİN MDB İLƏ BAĞLI TƏHLÜKƏLİ PLANINI AÇIQLADI - "Biz buna imkan verməməliyik"

2024-11-02 14:24:58

PUTİN MDB İLƏ BAĞLI TƏHLÜKƏLİ PLANINI AÇIQLADI -

Mərkəz sədri: “O hesab edir ki, dövlətləri tədricən yaxınlaşdırmaqla gələcəkdə vahid dövlətə çevirmək planını reallaşdırmaq olar”

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib. 

“Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq”, - o qeyd edib.

Baş katibin sözlərinə görə, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun inkişaf edir.

O həmçinin vurğulayıb ki, MDB müşahidəçilər missiyası Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək niyyətindədir.

MDB dövlət başçılarının sammiti yenicə-ötən ay keçirilib. Bəs, Rusiyanın son zamanlar MDB-yə bu qədər önəm verməyə, onu dirçəltməyə çalışması nə ilə bağlıdır?

Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın  reallaşması üçün səfərbər edib

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirib ki, Qərbin prezident Vladimir Putini sıxışdırıb çıxdaş vəziyyətinə salmaq, təcrid eləmək siyasəti uğursuzluqla nəticələndi: "Əksinə, Rusiya Qərbə qarşı müəyyən təşkilatları səfərbər eləyə bildi. Xüsusilə BRICS-in ötən ay Kazanda keçirilən son sammiti dünya kütləvi informasiya vasitələrində Vladimir Putinin zəfəri kimi qiymətləndirildi. Bu sammit BRICS-in ən geniştərkibli sammiti oldu və orada 36 dövlətin başçısı, hökumət rəhbəri iştirak elədi. Ukrayna cəbhəsində Rusiyanın hücumları ləng də olsa davam edir. Ardıcıl olaraq yaşayış məntəqələri ələ keçirilir. Son dövrlər Rusiya kifayət qədər uğurlu hərbi əməliyyatlar həyata keçirib. Ukrayna ordusunun Kurska daxil olmasının da bir yanlış olduğu getdikcə hamıya aydın oldu.Ukrayna prezidenti Zelenski Qərbin davranışına artıq açıq şəkildə etiraz edir". 

Mərkəz sədri qeyd edir ki, Putinin də məqsədi və özü üçün missiya hamıya məlumdur. Yaxınlarda gənc sahibkarlarla görüşdə o, açıq şəkildə dedi ki, Pyotr digər ölkələrin torpaqlarını işğal eləmədi, Rusiya torpaqlarını birləşdirdi, toparladı: “Putin dedi ki, o missiya indi bizim üzərimizə düşür. Yəni Vladimir Putin hesab edir ki, onun da missiyası Rusiya torpaqlarını yenidən birləşdirməkdən ibarətdir. Çox təhlükəli bəyanat idi. Biz daim bunu nəzərdə saxlamalıyıq. Putinin məqsədi Rusiyanın özününkü saydığı torpaqları yenidən bir dövlət halında birləşdirməkdir. Burada Müstəqil Dövlətlər Birliyi ciddi rol oynaya bilər. Görünür, Putin hesab edir ki, tədricən dövlətləri yaxınlaşdırmaqla, MDB-nin əhəmiyyətini artırmaqla gələcəkdə vahid dövlətə çevirmək planını reallaşdırmaq olar. Hesab edirəm ki, Putinin nəzərində məhz belə bir plan var. Və bu çox təhlükəli plandır. Azərbaycanda və digər MDB öıkələrində hər kəs Putinin gənc sahibkarlarla görüşdə səsləndirdiyi bəyanatı yadında saxlamlıdır. Biz buna imkan verməməliyik. MDB sammitlərinin belə sıxlaşmasının kökündə də hesab edirəm ki, Putinin keçmiş sovet respublikalarını daha sıx şəkildə Rusiya ətrafında birləşdirmək məqsədi dayanır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.547643