Putin maşında Paşinyana nə deyib?

2022-11-25 10:47:00

Putin maşında Paşinyana nə deyib?

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitindəki müzakirələri “açıq, səmimi və pozitiv” adlandırıb.

Hurriyyet.az Ermənistan mediasına istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, sammitdə iki mühüm sənəd barəsində razılıq əldə olunmasa da, bu sənədlər təkrar işlənməyə göndərilib. Baş nazir ümid etdiyini deyib ki, KTMT üzvləri ortaq məxrəcə gələ bilərlər:

“KTMT Şurasının bəyannaməsi qəbul edilməsə də, (biz bu bəyannaməni imzalamamışıq) 13 sentyabr eskalasiyasına KTMT-nin cavabına dair qərar qəbul olunmasa da (yenə də biz bu sənədi də imzalamamışıq), təkrar edirəm ki, mən müzakirələri ümumən pozitiv qiymətləndirirəm. Mən habelə Rusiya Federasiyası ilə ikitərəfli formatda danışıqları pozitiv qiymətləndirirəm və ümid edirəm ki, artıq əldə olunmuş razılaşmalar mümkün qədər tez həyata keçiriləcək”.

Putin deyib ki, o, regionda tənzimləmə məsələlərini, nəqliyyat arteriyalarının açılması məsələsini Paşinyanla “hələ maşında” müzakirə edib.

Noyabrın 24-də baş nazir Nikol Paşinyan hökumət müşavirəsində deyib ki, Yerevan Ermənistanı Azərbaycanla birləşdirəcək dəmir yolu sektorunun bərpası işlərinə başlanması üçün “müəyyən siqnallar” alıb.

Paşinyan vurğulayıb ki, Yerevan Rusiya prezidenti ilə danışıqlarda müəyyən informasiya alıb:

“Rusiya prezidenti ilə danışıqlarda biz müəyyən siqnallar və ya informasiya aldıq ki, bu, Horadiz-Meğri-Ordubad-Sədərək-Yerasx dəmir yolunun bərpası üçün realist və ciddi imkanların olduğunu göstərir”.

Paşinyan daha sonra deyib: “Əgər dünənki razılaşmadan sapınmalar olmasa, “Erməni yol kəsişməsi” layihəsinin çərçivəsində, məsələn dəmir yollarının bərpa olunması məsələsində böyük investisyalara ehtiyac yarana bilər. Çox şadam ki, bizim belə imkanlarımız var”.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.107212