Putin Kursk vilayətindəki vəziyyətlə bağlı açıqlama verdi
2024-11-04 16:47:42
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin Kursk vilayətinin Ukrayna ordusundan tamamilə azad ediləcəyini, bundan sonra regionda könüllülərə ehtiyacın artacağını bəyan edib.
Putin "Vımpel" regional hərbi-vətənpərvər mərkəzinin könüllülərinə müraciətlə deyib: "İndi, əraziləri düşməndən təmizlədikdən sonra bizin işimiz çox olacaq. Sizin üçün də iş çox olacaq".
Hürr Tərcüman