Putin KTMT-ni silahlandırır
2025-11-27 13:51:18
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin KTMT-nin kollektiv qüvvələrini müasir Rusiya silahları ilə yenidən silahlandırmaq üçün genişmiqyaslı proqramın icrasına başlamağı təklif edib.
Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasında deyib: "Biz silahlı qüvvələri effektivliyini real döyüşlərdə sübut etmiş müasir silah və avadanlıqlarla təchiz etməyi təklif edirik".
Putin aviasiyanın, hava hücumundan müdafiənin və sülhməramlı qüvvələrin mexanizmlərinin inkişaf etdirilməsinin, eləcə də təşkilata üzv dövlətlərin müdafiə müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Hürr Tərcüman
