Putin Kremlə hücuma necə reaksiya verib?

2023-05-04 15:23:00

Putin Kremlə hücuma necə reaksiya verib?

“Rusiya Prezidenti Vladimir Putin ekstremal hallarda hər zaman təmkinini qoruyur”.

Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov Putinin Kremlə PUA-larla hücum xəbərinə necə reaksiya verməsi barədə suala cavabında deyib.

Onun sözlərinə görə, Putin qeyri-standart vəziyyətlərdə özünü sakit və soyuqqanlı aparır, dəqiqliklə göstərişlər verir: “Buna görə də, bu baxımdan yeni bir şey baş vermədi”.

Xatırladaq ki, Rusiya tərəfi martın 3-nə keçən gecə Ukraynanın PUA-larla Kremlə hücum etməyə cəhd etməsi barədə məlumat yayıb. Bildirilir ki, rusiyalı hərbçilər Kremlə yaxınlaşan iki PUA-nı zərərsizləşdirib. Hadisə zamanı V.Putin Kremldəki iqamətgahında olmayıb. Ukrayna isə hücumun Kiyev tərəfindən təşkil edildiyini təkzib edib.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.201195