Putin Kadırova onu öldürməyi əmr etmişdi - Kəşfiyyat

2022-12-17 09:55:00

Putin Kadırova onu öldürməyi əmr etmişdi - Kəşfiyyat

Genişmiqyaslı müharibənin başlanğıcında Rusiya lideri Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırova Ukrayna Prezidenti Vladimir Zelenskini öldürmək tapşırığını vermişdi.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” Ukrayna kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilib ki, Putin Kadırova Ukraynanın hökumət idarələrini işğal etməyi və Ukrayna prezidentini öldürməyi əmr edib.

Nəşr yazıb ki, genişmiqyaslı işğalın başlamasına üç həftə qalmış Putinin Kadırovu strategiya hazırlamaq üçün Moskvaya çağırıb.

Artıq 25 fevral 2022-ci ildə kadırovçular üç kolonlu zirehli texnika ilə Ukraynaya daxil olmuşdular. (axar)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135888