Saat:15:57
Haqqımızda

Putin istefada olan generalı Ukraynaya göndərdi... - Başqa heç kim qalmadı...

2022-06-27 15:38:00

Putin istefada olan generalı Ukraynaya göndərdi... - Başqa heç kim qalmadı...

Ukraynanı işğal edən Rusiya böyük itkilər verməkdə davam edir. 

Hurriyyet.az xəbər verir ki, Rusiyanın yüksək rütbəli komandirləri bir-bir həyatlarını itirdiyindən indi hökumət təqaüddə olan hərbçiləri orduya cəlb etməyə başlayıb. Belə ki, Rusiya lideri Putinin orduya çağırdığı hərbçilərdən biri də 67 yaşlı istefada olan general Paveldir.  

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “Daily Star” Kreml rəhbərliyinin cəbhəyə generalı göndərdiyini iddia edib. Qəzet iddia edib ki, hazırda təqaüddə olan, vaxtilə Suriyada döyüşən rus generalı Pavel xidmətə çağırılıb.

Qəzetin xüsusi xəbərində 67 yaşlı təqaüdçü generalın qidalanma qrafikləri də ətraflı şəkildə paylaşılıb. Pavelin gündə 5 dəfə yemək yediyi və hər gün araq içdiyi iddia edilib. Onun çəkisinin isə təxminən 128 kiloqram olduğu bildirilir.

Bölmə komandirinin artilleriya hücumu nəticəsində ağır yaralanmasından sonra Pavel ərazidə fəaliyyət göstərən Rusiya xüsusi təyinatlılarının da məsuliyyətini öz üzərinə götürəcək.

Bildirilib ki, Putinin yüksək səviyyəli və ən yaxşı əsgərləri Ukraynadakı müharibədə ya öldürülüb, ya da yaralanıb. Beləliklə, indi o, uzun müddət döyüşməyən ikinci dərəcəli əsgərləri döyüşə göndərir. 

Rusiya ilə Ukrayna arasında fevral ayından bəri davam edən müharibədə 30 mindən çox rus əsgərinin öldüyü, 100 min əsgərin isə yaralandığı təxmin edilir.Moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR