Putin İstanbula getməyəcək? Məxfi məlumat
2025-05-13 15:00:37

Hurriyyet.az xəbər verir ki, "Gulagu.net" poratlının Federal Mühafizə Xidmətinə yaxın olan mənbəyə istinadla verdiyi məlumata görə, RF Prezidenti Vladimir Putin mayın 15-də İstanbula getməyəcək. Məlumatda Prezidentin təhlükəsizlik xidmətinin səfərə hazırlaşmadığı bildirilir.
İstanbula səfərə isə xarici işlər naziri Sergey Lavrov ilə RF Prezidentinin köməkçisi Yuri Uşakovu aparmaq üçün "Rossiya" xüsusi uçuş bölməsi hazırlaşır.
Mənbə istisna etmir ki, Putin ilə amerikalı həmkarı Donald Tramp arasında qəfil razılaşma olacağı təqdirdə, qərar istənilən anda dəyişdirilə bilər. Lakin 15 may tarixində, səhər saatlarında Putinin Kremldə görüşləri planlaşdırılıb.
Hürr Tərcüman
